- Offside
- 19:12 05.12.2025
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında futbol yarışlarında 3-cü yer uğrunda qarşılaşma keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, 16 yaşadək futbolçulardan ibarət Belarus yığması Tacikistanı 2:0 hesabı ilə məğlub edərək bürünc medal qazanıb. Tacikistan isə turniri 4-cü pillədə başa vurub.
Günün əvvəlində baş tutan 5-ci yer uğrunda görüşdə isə Özbəkistan millisi Qırğızıstana 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, futbol yarışlarının final oyunu oktyabrın 4-də Azərbaycan və Rusiya yığmaları arasında keçiriləcək.