- Offside
- 19:12 05.12.2025
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında güləş yarışları davam edir.
90deqiqe.Az-ın məlumatına görə, Gəncə Olimpiya İdman Kompleksində keçirilən yarışların ilk günündə sərbəst güləşçimiz Hüseyn Rzazadə 45 kiloqram çəki dərəcəsində bürünc medalın sahibi olub.
Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının mübarizə apardığı III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.