10 noyabr 2025. Bazar ertəsi

Azərbaycan boksçularından 5-i MDB Oyunlarının finalına yüksəldi


  • Offside
  • 18:54 03.10.2025
  • Oxunma sayı: 103
Azərbaycan boksçularından 5-i MDB Oyunlarının finalına yüksəldi

Bu gün Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında oğlan boksçular arasında yarımfinal görüşləri keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, milli komandamızın 14 boksçusu finala vəsiqə uğrunda mübarizə aparıb. Onlardan 5-i qələbə qazanaraq həlledici mərhələyə yüksəlib, 9-u isə bürünc medalla kifayətlənib.

Finala adlayan idmançılar: Qardaş Rəhimov (46 kq), Əli Əliyev (48 kq), Əli Abaslı (52 kq), Şahin Aslanov (60 kq), Səfdər Məmmədzadə (+80 kq).

Bürünc medala sahib olanlar: Əli Ruşanov (46 kq), Ayxan Həsənov (50 kq), Toğrul Quliyev (60 kq), Şikar Əliyev (75 kq), Əflatun İsmiyev (57 kq), Raul Heydərli (57 kq), Haqverdi Həsənov (63 kq), Adil Zalov (70 kq), İsmayıl Vəliyev (80 kq).

Qeyd edək ki, oğlan boksçular arasında final qarşılaşmaları oktyabrın 5-də keçiriləcək.







Offside