- Offside
- 19:12 05.12.2025
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında güləş yarışlarının ilk günü başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, Gəncə Olimpiya İdman Kompleksində keçirilən yarışlarda milli komandamız uğurlu çıxış edib. Nihad Abasov (71 kq) qızıl medal qazanıb.
Gümüş medala sahib olan idmançılar: Nəzrin Əhmədli (46 kq), Hacıhüseyn Əhmədzadə (51 kq), Rəşid Nəzərov (60 kq).
Bürünc medala layiq görülənlər: Xədicəxanım Talıbova (53 kq), Hüseyn Rzazadə (45 kq), Amin Abasov (92 kq).
Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.