- Offside
- 19:12 05.12.2025
"Benfika" futbolçuları və məşqçi heyətinin bir sıra üzvlərində virus infeksiyasının əlamətləri aşkar edilib.
90deqiqe.Az xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.
Mənbənin verdiyi məlumata görə, əsas simptomlar baş ağrısı və əzələ ağrılarıdır.
Bu vəziyyət, Portuqaliya çempionatının 8-ci turunda "Portu" ilə keçirilməsi gözlənilən "Klasiko" matçı ərəfəsində klub rəhbərliyində ciddi narahatlıq yaradıb. Oyunun 4 oktyabr, bazar günü "Dragão" stadionunda saat 21:15-də keçirilməsi planlaşdırılır.
Mourinyo, Londonda "Çelsi" ilə keçiriləcək Çempionlar Liqasının oyunundan əvvəl artıq bədən temperaturunun yüksəldiyini və bunun qrip əlaməti olduğunu bildirmişdi. O vaxt vəziyyət ciddi narahatlıq yaratmamışdı. Lakin hazırda "Benfika"nın tibbi heyəti futbolçuların və məşqçilərin vəziyyətini diqqətlə izləyir, narahatlıq isə davam edir.