22 mart 2026. Bazar günü

Gülər Hüseynova III MDB Oyunlarında qızıl medal qazandı


  • Offside
  • 14:43 04.10.2025
  • Oxunma sayı: 194
Gülər Hüseynova III MDB Oyunlarında qızıl medal qazandı

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında boks yarışlarının final mərhələsi davam edir.

90deqiqe.Az xəbər verir ki, qadın boksçumuz Gülər Hüseynova 48 kiloqram çəki dərəcəsində keçirilən final görüşündə rusiyalı Daria Qavrina ilə üz-üzə gəlib.

Təsirli çıxış nümayiş etdirən idmançımız rəqibini məğlub edərək III MDB Oyunlarının qalibi olub və qızıl medal qazanıb.

Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.







Offside

“Bakı Kuboku” başa çatdı
  • Offside
  • 16:42 21.03.2026
“Bakı Kuboku” başa çatdı