- Offside
- 15:58 08.11.2025
Azərbaycanın daha bir parabadmintonçusu — İbrahim Əliyev Türkiyənin İstanbul şəhərində keçirilən Avropa çempionatında final mərhələsinə vəsiqə qazanıb.
90deqiqe.Az xəbər verir ki, idmançımız kişilərin qoşa yarışında SU-5 kateqoriyasında mübarizə aparır.
O, polşalı komanda yoldaşı Bartlomiej Mroz ilə birlikdə ispan cütlüyü — Manuel Qarsiya və Pablo Serranoya qarşı keçirdiyi görüşü 2:0 (21-16, 21-16) hesabı ilə qalib başa vuraraq finala adlayıb.
Qeyd edək ki, bundan əvvəl Azərbaycanı təmsil edən digər parabadmintonçu Zəhra Salmanlı da Avropa çempionatında finala yüksəlib.