- Offside
- 23:42 21.03.2026
III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında keçirilən qılıncoynatma yarışları davam edir.
90deqiqe.Az xəbər verir ki, yarışlarda Azərbaycanı təmsil edən oğlanlardan ibarət sablya üzrə milli komandamız bürünc medal qazanıb.
Abbas Hüseynov, Nahid Məmmədli, Rəsul Əliyev və Timur Husnaddinovdan ibarət yığmamız 1/4 final mərhələsində Belarus komandasını 45:40 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Lakin bu mərhələdə Rusiya yığmasına 32:45 hesabı ilə uduzan komandamız turniri üçüncü pillədə başa vurub.
Qeyd edək ki, 13 ölkədən 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.