7 dekabr 2025. Bazar günü

Azərbaycanın qadın oxatanları III MDB Oyunlarında bürünc medal uğrunda mübarizə aparacaq


  • Offside
  • 17:03 04.10.2025
  • Oxunma sayı: 134
Azərbaycanın qadın oxatanları III MDB Oyunlarında bürünc medal uğrunda mübarizə aparacaq

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında kamandan oxatma yarışları davam edir.

90deqiqe.Az xəbər verir ki, bu gün Xankəndi şəhər stadionunda keçirilən yarışlarda komanda və qarışıq komanda mərhələlərinə yekun vurulub.

Azərbaycan yığma komandası gün ərzində yüksək əzmkarlıq nümayiş etdirərək bütün qarşılaşmalarda sona qədər mübarizə aparıb.

Yarışların həlledici mərhələsi sabah baş tutacaq. Final günündə qadınlardan ibarət yığmamız bürünc medal uğrunda Belarus komandası ilə qarşılaşacaq. Bu duel III MDB Oyunlarının ən maraqlı qarşılaşmalarından biri kimi gözlənilir.







Offside