5 dekabr 2025. Cümə

Azərbaycan karateçiləri III MDB Oyunlarını 16 medalla başa vurdu


  • Offside
  • 18:51 04.10.2025
  • Oxunma sayı: 122
Azərbaycan karateçiləri III MDB Oyunlarını 16 medalla başa vurdu

III MDB Oyunlarında Mingəçevir Kür Olimpiya Mərkəzində keçirilən karate yarışları uğurla yekunlaşıb.

90deqiqe.Az xəbər verir ki, Azərbaycan idmançıları turniri 16 medalla tamamlayıblar: 6 qızıl, 3 gümüş və 7 bürünc.

Yarışların ikinci günündə Turqut Həsənov (84 kq), İrina Zaretska (68 kq) və Fərid Ağayev (75 kq) qızıl medal qazanıblar. Asiman Qurbanlı (+84 kq) gümüş, Aysu Əliyeva (61 kq), Fərid Şahbazlı (84 kq) və Rəşid Süleymanov (75 kq) bürünc medallarla kifayətləniblər.

Daha əvvəl Mədinə Sadıqova (55 kq), Nuran Rzazadə (67 kq) və Roman Heydərov (fərdi kata) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Fərid Savadov (60 kq) və Nəzrin Piriyeva (55 kq) gümüş, İnci Əzizova (50 kq), Aslan Dostuyev (67 kq), Ramilə Heydərova və Rövşən Əliyev (fərdi kata) bürünc medallarla kifayətləniblər.

Qeyd edək ki, 13 ölkədən 1624 idmançının iştirak etdiyi III MDB Oyunları oktyabrın 8-də yekunlaşacaq.







Offside