5 dekabr 2025. Cümə

III MDB Oyunları: Azərbaycan avarçəkəni ilk gündə bürünc medal qazandı


  • Offside
  • 11:19 05.10.2025
  • Oxunma sayı: 138
III MDB Oyunları: Azərbaycan avarçəkəni ilk gündə bürünc medal qazandı

III MDB Oyunlarında avarçəkmə yarışları start götürüb.

90deqiqe.Az-ın məlumatına görə, yarışların ilk günündə Azərbaycan idmançısı Amil Ramazanov medal sevinci yaşayıb.

Gənc avarçəkən birnəfərlik kayak qayığında 500 metr məsafəyə 2007–2008-ci il təvəllüdlü idmançılar arasında mübarizə apararaq bürünc medala sahib olub.

Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.







Offside