- Offside
- 19:12 05.12.2025
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları çərçivəsində Mingəçevirdə keçirilən kanoe və avarçəkmə yarışları davam edir.
90deqiqe.Az-ın məlumatına görə, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutan yarışlarda Azərbaycan təmsilçiləri daha bir medal əldə ediblər. İkinəfərlik kayak qayığında 200 metr məsafəyə 2009–2010-cu il təvəllüdlü idmançılar arasında çıxış edən İvan Vorobjanski və Hüseyn Həsənov dueti final mərhələsində üçüncü yeri tutaraq bürünc medala sahib olub.
Qeyd edək ki, daha əvvəl Amil Ramazanov birnəfərlik kayak qayığında 500 metr məsafəyə 2007–2008-ci il təvəllüdlü idmançılar arasında bürünc medal qazanmışdı.