6 dekabr 2025. Şənbə

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazanıb


  • Offside
  • 10:25 06.10.2025
  • Oxunma sayı: 124
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazanıb

Perunun paytaxtı Limada cüdo üzrə gənclər arasında dünya çempionatı start götürüb.

90deqiqe.Az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın bir cüdoçusu fəxri kürsüyə qalxıb. 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Məhəmməd Musayev üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Nizami İmranova qalib gələrək bürünc medal qazanıb.

Qeyd edək ki, dünya çempionatına 65 ölkədən 463 idmançı qatılıb.







Offside