6 dekabr 2025. Şənbə

Azərbaycanın qızlardan ibarət voleybol millisi III MDB Oyunlarında bürünc medal qazandı


  • Offside
  • 12:03 06.10.2025
  • Oxunma sayı: 118
Azərbaycanın qızlardan ibarət voleybol millisi III MDB Oyunlarında bürünc medal qazandı

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında voleybol yarışları davam edir.

90deqiqe.Az xəbər verir ki, qızlardan ibarət Azərbaycan millisi bürünc medal uğrunda görüşdə Özbəkistan yığması ilə qarşılaşıb.

Gəncə İdman Sarayında keçirilən oyun yığmamızın üstünlüyü ilə başa çatıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada Azərbaycan millisi rəqibini 3:1 hesabı ilə məğlub edərək Oyunların bürünc medalına sahib çıxıb.

Özbəkistan komandası isə turniri dördüncü pillədə başa vurub.

Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.







Offside