- Offside
- 19:12 05.12.2025
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bədii gimnastika yarışlarına start verilib.
90deqiqe.Az xəbər verir ki, yarışların ilk günündə ölkəmizi təmsil edən gimnastlar uğurlu çıxışları ilə fərqləniblər.
Təsnifat mərhələsində Azərbaycan idmançıları yüksək nəticə göstərərək finala vəsiqə qazanıblar. Azadə Atakişiyeva top və halqa, Şəms Ağahüseynova top, Nur Sadıqova halqa ilə çıxışlarda final mərhələsinə adlayıblar. Qrup hərəkətləri komandamız isə 5 halqa ilə proqramda həlledici mərhələdə iştirak hüququ əldə edib.
Qeyd edək ki, bədii gimnastika üzrə yarışlara oktyabrın 8-də yekun vurulacaq.