- Offside
- 19:12 05.12.2025
III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında güllə atıcılığı yarışlarına yekun vurulub.
90deqiqe.Az xəbər verir ki, yarışlarda Azərbaycan idmançıları uğurlu nəticələr göstəriblər.
Azərbaycanlı atıcı Vladislav Kalmıkov 10 metr məsafəyə pnevmatik tapançadan solo yarışda gümüş medal qazanıb. Qadınların mübarizəsində isə Xanna Əliyeva eyni növdə üçüncü yeri tutaraq bürünc medalın sahibi olub.
Qeyd edək ki, Xanna Əliyeva bundan öncə gümüş medal da əldə etmişdi. Bununla da Azərbaycan güllə atıcıları III MDB Oyunlarını ümumilikdə 3 medalla başa vurublar.