21 avqust 2026. Cümə

ABF-nin baş katibi III MDB Oyunlarında uğur qazanan qız boksçularla görüşüb


  • Offside
  • 14:40 06.10.2025
  • Oxunma sayı: 187
ABF-nin baş katibi III MDB Oyunlarında uğur qazanan qız boksçularla görüşüb

Azərbaycan Boks Federasiyasının (ABF) baş katibi Nağı Səfərov III MDB Oyunlarında uğur qazanan qızlardan ibarət komanda ilə görüşüb.

90deqiqe.Az xəbər verir ki, bu barədə ABF-nin mətbuat xidməti məlumat yayıb.

Baş katib idmançılara qurumun prezidenti Sahil Babayevin təbriklərini çatdırıb və komandaya növbəti yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycanın qadın boksçuları turniri 1 qızıl, 5 gümüş və 3 bürünc medalla başa vurublar.







Offside