22 mart 2026. Bazar günü

Beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş olub


  • Offside
  • 21:06 06.10.2025
  • Oxunma sayı: 180
Beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş olub

Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.

Nazirliyin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, Azərbaycan İdman Akademiyasında təşkil olunan görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Beynəlxalq arenalarda qazanılan nailiyyətləri yüksək dəyərləndirən Fərid Qayıbov idmançıları və onların məşqçilərini təbrik edib.

Görüş zamanı ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Daha sonra bir sıra idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və nəticələri barədə məlumat veriblər.

Sonda nazir idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayıb.







Offside

“Bakı Kuboku” başa çatdı
  • Offside
  • 16:42 21.03.2026
“Bakı Kuboku” başa çatdı