- Offside
- 19:12 05.12.2025
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında 17 yaşadək voleybolçu oğlanlar arasında yarışlar başa çatıb.
90deqiqe.Az xəbər verir ki, dairəvi sistem üzrə keçirilən turnirin son oyunları Gəncə İdman Sarayında təşkil olunub.
Günün ilk görüşündə Rusiya və Qırğızıstan komandaları üz-üzə gəlib. Rusiya millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmadan sonra meydançaya Azərbaycan və Belarus yığmaları çıxıb. Bu oyunda 3:1 hesabı ilə Belarus komandası qalib gəlib.
Yekun nəticələrə görə, Rusiya millisi 12 xalla (4 qələbə) qızıl, Belarus yığması 9 xalla (3 qələbə) gümüş, Özbəkistan komandası isə 6 xalla (2 qələbə) bürünc medal qazanıb.