5 dekabr 2025. Cümə

Azərbaycanın qılıncoynadanları III MDB Oyunlarında finala yüksəlib


  • Offside
  • 12:42 07.10.2025
  • Oxunma sayı: 134
Azərbaycanın qılıncoynadanları III MDB Oyunlarında finala yüksəlib

Gəncədə keçirilən III MDB Oyunları çərçivəsində təşkil olunan qılıncoynatma yarışları davam edir.

90deqiqe.Az-ın məlumatına görə, Gəncə İdman Sarayında baş tutan turnirdə Azərbaycanın şpaqa üzrə oğlanlardan ibarət milli komandası uğurlu çıxışı ilə fərqlənib. Yarımfinal mərhələsində millimiz Özbəkistan yığması ilə qarşılaşıb və 42:37 hesabı ilə qələbə qazanaraq finala vəsiqə əldə edib.

Finalda komandamız Rusiya yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, III MDB Oyunlarında qılıncoynatma yarışları yüksək rəqabət şəraitində keçirilir və bir neçə kateqoriya üzrə müxtəlif ölkələrin idmançıları mübarizə aparır.







Offside