5 dekabr 2025. Cümə

Azərbaycanın şpaqa üzrə milli komandası III MDB Oyunlarının gümüş medalını qazandı


  • Offside
  • 13:38 07.10.2025
  • Oxunma sayı: 136
Azərbaycanın şpaqa üzrə milli komandası III MDB Oyunlarının gümüş medalını qazandı

Gəncədə keçirilən III MDB Oyunlarında qılıncoynatmanın şpaqa növü üzrə oğlanlardan ibarət Azərbaycan millisi final görüşünə çıxıb.

90deqiqe.Az-ın məlumatına görə, həlledici qarşılaşmada yığmamız Rusiya komandası ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada komandamız 35:45 hesabı ilə məğlub olaraq turnirin gümüş medalını qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi finala gedən yolda yarımfinal mərhələsində Özbəkistan yığmasını 42:37 hesabı ilə məğlub etmişdi.

Azərbaycan qılıncoynadanları yarış boyunca uğurlu çıxışları ilə yadda qalıb və turniri ikinci pillədə başa vuraraq MDB Oyunlarında yüksək nəticəyə imza atıblar.







Offside