- Offside
- 19:12 05.12.2025
III MDB Oyunlarında qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandası gümüş medalla kifayətlənib.
90deqiqe.Az-ın məlumatına görə, Gəncə İdman Sarayında keçirilən final görüşündə millimiz Rusiya ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma 45:35 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.
Bu nəticə ilə Azərbaycan millisi turniri ikinci pillədə başa vuraraq, MDB Oyunlarının gümüş medalına sahib olub.