- Offside
- 19:12 05.12.2025
III MDB Oyunlarında Azərbaycanın bədii gimnastika üzrə milli komandası uğurlu çıxışı ilə yadda qalıb.
90deqiqe.Az-ın məlumatına görə, Nur Sadıqova, Şəms Ağahüseynova, Fidan Qurbanlı və Azadə Atakişiyevadan ibarət komanda ümumi nəticələrə əsasən yarışları üçüncü pillədə başa vuraraq bürünc medal qazanıb.
Qeyd edək ki, daha əvvəl Azadə Atakişiyeva çoxnövçülük yarışında gümüş medal əldə etmişdi.
Bədii gimnastika üzrə yarışlara oktyabrın 8-də yekun vurulacaq.