- Offside
- 19:12 05.12.2025
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar uğurla davam edir.
90deqiqe.Az-ın məlumatına görə, Gəncə İdman Kompleksində keçirilən yarışlarda Azərbaycan güləşçisi Elşad Abbasov (51 kq) finalda Belarus təmsilçisi Tsimafey Semianenkaya 6:0 hesabı ilə qalib gələrək qızıl medalın sahibi olub.
Xatırladaq ki, daha əvvəl digər təmsilçimiz Yusif Mirzəyev gümüş medal qazanmışdı.
MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.