26 mart 2026. Cümə axşamı

Əli Nəzərov III MDB Oyunlarında qızıl medal qazandı


  • Offside
  • 18:34 07.10.2025
  • Oxunma sayı: 189
Əli Nəzərov III MDB Oyunlarında qızıl medal qazandı

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir.

90deqiqe.Az-ın məlumatına görə, Gəncə İdman Kompleksində keçirilən yarışlarda Azərbaycan güləşçisi Əli Nəzərov (51 kq) finalda Rusiyadan olan İvan Kozlovla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə idmançımız 2:1 hesabı ilə qalib gələrək qızıl medalın sahibi olub.

Qeyd edək ki, bundan öncə Elşad Abbasov (51 kq) qızıl, Yusif Mirzəyev (48 kq) gümüş, Hikmət Haqverdiyev isə (55 kq) bürünc medal qazanıb.

MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.







Offside