6 dekabr 2025. Şənbə

Konor Makqreqor 18 aylıq diskvalifikasiya edildi


  • Offside
  • 22:59 07.10.2025
  • Oxunma sayı: 139
Konor Makqreqor 18 aylıq diskvalifikasiya edildi

UFC-də 66 kq və 70 kq çəki dərəcələrində ikiqat çempion olmuş irlandiyalı döyüşçü Konor Makqreqor antidopinq qaydalarını pozduğu üçün 18 aylıq diskvalifikasiya olunub.

90deqiqe.Az "USADA”ya istinadən xəbər verir ki, 37 yaşlı döyüşçü 2024-cü ildə üç dəfə harada olacağı barədə məlumat verməyib, nəticədə inspektorlar ondan biomaterial götürə bilməyiblər. Bu, avtomatik olaraq qayda pozuntusu hesab olunur.

Buna baxmayaraq, döyüşçü istintaqla tam əməkdaşlıq edib və məsuliyyəti qəbul etdiyi üçün standart iki illik cəzası 18 aya endirilib. Beləliklə, Makqreqor oktagona 20 mart 2026-cı il tarixində geri dönə biləcək.







Offside