5 dekabr 2025. Cümə

AFFA rəsmiləri beynəlxalq oyunlara təyinat alıb


  • Offside
  • 17:39 11.09.2019
  • Oxunma sayı: 542
AFFA rəsmiləri beynəlxalq oyunlara təyinat alıb

Azərbaycanlı hakim-inspektor Asim Xudiyev beynəlxalq oyuna təyinat alıb

Corner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Xudiyev qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin Qazaxıstan - Fransa oyununda iş başında olacaq. Qarşılaşma oktyabrın 8-də Şimkent şəhərində keçiriləcək. 

Azərbaycanın əsas milli komandasının meneceri və AFFA-nın Futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov da təyinat alıb.

O, UEFA Gənclər Liqasında qrup mərhələsinin “Dinamo” (Zaqreb, Xorvatiya) – "Atalanta" (İtaliya) oyununda UEFA nümayəndəsi vəzifəsini yerinə yetirəcək. Matç sentyabrın 18-də Zaqrebdəki "Hitrec-Kacijan" stadionunda keçiriləcək. 







Offside