- Offside
- 15:48 06.12.2025
Bakıda keçirilən III MDB Oyunlarında bədii gimnastika üzrə yarışlara yekun vurulub.
90deqiqe.Az xəbər verir ki, son yarış günündə Azərbaycan millisinin qrup hərəkətləri komandası daha bir medal əldə edib. Gimnastlarımız 5 gürzlə çıxışda bürünc medala sahib olublar.
Beləliklə, Azərbaycan bədii gimnastika üzrə yığma komandası MDB Oyunlarını ümumilikdə 8 medalla tamamlayıb. Gimnastlarımız 4 gümüş və 4 bürünc medal qazanıblar.
Qeyd edək ki, sentyabrın 26-da start götürən III MDB Oyunlarına bu gün – oktyabrın 8-də yekun vurulub.