- Offside
- 19:12 05.12.2025
Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında yarışlara yekun vurulub.
90deqiqe.Az xəbər verir ki, yarışların son günündə Şəki şəhərində keçirilən bədii gimnastika yarışlarında Azərbaycan təmsilçiləri 6 medal qazanıblar.
Beləliklə, Azərbaycan komandası ümumilikdə 184 medalla (33 qızıl, 56 gümüş, 95 bürünc) Oyunları tamamlayıb. Bu nəticə ölkəmizə ümumi medal sıralamasında ikinci yeri qazandırıb. Birinci pillədə isə Rusiya qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan bu nəticə ilə MDB Oyunlarında iştirak etdiyi tarix ərzində ən yüksək nailiyyətə imza atıb. Ölkəmiz 2021-ci ildə keçirilən I Oyunlarda 60 (16 qızıl, 16 gümüş, 28 bürünc), II Oyunlarda isə 62 (10 qızıl, 17 gümüş, 35 bürünc) medal əldə etmişdi.
MDB Oyunlarının üçüncü buraxılışı sentyabrın 26-dan oktyabrın 8-dək ölkəmizin bir neçə şəhərində təşkil olunub.