19 may 2026. Çərşənbə axşamı

Müxtəlif şəhər və rayonların güləş zallarına baxış keçirilib


  • Offside
  • 17:45 08.10.2025
  • Oxunma sayı: 165
Müxtəlif şəhər və rayonların güləş zallarına baxış keçirilib

Oktyabrın 3-7-də Gəncədə III MDB Oyunları çərçivəsində güləş yarışları keçirilib.

Azərbaycan Güləş Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, qurumun nümayəndə heyəti həmin günlərdə Gəncə şəhərində, Göygöl, Qazax, Şəmkir və Tovuz rayon mərkəzlərində, həmçinin bir sıra kəndlərdə yerləşən güləş zallarında mövcud şəraitlə tanış olub. Səfər çərçivəsində yerli mütəxəssislərin təklifləri dinlənilib, bölgədə güləşin inkişaf yolları müzakirə edilib.

Gələcəkdə digər bölgələrə də səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.







Offside