5 dekabr 2025. Cümə

“Futbol çətin dövrlərdən keçir”


  • Offside
  • 23:05 08.10.2025
  • Oxunma sayı: 165
“Futbol çətin dövrlərdən keçir”

UEFA-nın prezidenti Aleksandr Çeferin bildirib ki, futbol hazırda ciddi sınaqlardan keçir.

90deqiqe.Az-ın məlumatına görə, funksioner bu barədə jurnalistlərə açıqlama verib.

"Koronavirus dövrü hamı üçün çılğın idi. O vaxtlar "Super Liqa" adlanan qurum 12 klub üçün elit turnir yaratmağa çalışırdı. Çətin dövr idi, arxasında böyük pullar dayanırdı.

İndi də bizdə hər gün müharibələr, münaqişələr olur. Bütün dünyada dəhşətli vəziyyətlər. Bir idman təşkilatının nə dərəcədə müdaxilə edə biləcəyini anlamaq həmişə çətindir. Düşünmürəm ki, 1930-cu illərdən sonra daha çətin dövrlər olmayıb. Ümid edirəm ki, vəziyyət daha da pisləşməyəcək.

Çeferin həmçinin qeyd edib ki, UEFA hazırkı vəziyyətlə əvvəllər heç vaxt bu qədər mürəkkəb problemlərlə üzləşməyib:

“UEFA-nın katibliyinin müavini Corcio Marketti mənə dedi ki, UEFA indiki problemlərlə müqayisədə heç 1%-lə də üzləşməyib. Biz həm futbolda, həm də ondan kənarda çətin dövrlərdə yaşayırıq”







Offside