- Offside
- 19:12 05.12.2025
Dünyanın bir nömrəli tennisçisi, ispaniyalı Karlos Alkaraz tanınmış idman geyim və ayaqqabı brendi "Nike" ilə əməkdaşlıq çərçivəsində şəxsi loqosunu təqdim edəcək.
90deqiqe.Az xəbər verir ki, yeni loqonun rəsmi təqdimatı 2025-ci ilin noyabrında keçiriləcək ATP Final Turniri günlərində baş tutacaq.
Loqo dizaynı artıq Alkaraz və "Nike" tərəfindən təsdiqlənib. Qeyd edək ki, daha əvvəl Nike şəxsi loqo tətbiqini yalnız tennis ulduzları Rafael Nadal və Rodcer Federer üçün etmişdi.
Xatırladaq ki, Karlos Alkaraz bu yaxınlarda Tokio turnirində çempion olaraq özünün karyerasında 24-cü, cari mövsümdə isə 8-ci titulunu qazanıb. Bu mövsüm Alkaraz Rotterdam, Monte-Karlo, Roma, London, Sinsinnati, ABŞ Açıq Çempionatı (US Open) və Roland Qarros turnirlərində də qalib gəlib.