5 dekabr 2025. Cümə

Azərbaycanın badminton millisi dünya reytinqində 23-cü pilləyə yüksəlib


  • Offside
  • 12:12 09.10.2025
  • Oxunma sayı: 154
Azərbaycanın badminton millisi dünya reytinqində 23-cü pilləyə yüksəlib

Dünya Badminton Federasiyası (BWF) milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, Azərbaycan yığması 4 pillə irəliləyərək 23-cü sıraya yüksəlib.

Komandanın hesabında 2300 reytinq xalı var.

Qeyd edək ki, 2018-ci ildə reytinqdə 85-ci olan Azərbaycan millisi ötən illər ərzində ümumi reytinq sıralamasında 39 pillə irəliləyərək 2025-ci ilin əvvəlində 46-cı sırada yer almışdı. Badminton millisi son 9 ay ərzində reytinqdə 22 pillə irəliləyib.







Offside