5 dekabr 2025. Cümə

“Kilian artıq sadə həyatdan zövq ala bilmir”


  • Offside
  • 23:45 09.10.2025
  • Oxunma sayı: 230
“Kilian artıq sadə həyatdan zövq ala bilmir”

“Real” klubunun hücumçusu və Fransa millisinin kapitanı Kilian Mbappenin anası Fayza Lamari oğlunun 2024-cü ilin payızında təcavüz ittihamı ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, “beIN Sports” futbolçunun anasının dediklərini belə çatdırıb. 

“Mən Kiliana inanırdım, amma soruşdum: ‘Bunu həqiqətən etdin?’ O isə cavab verdi: ‘Bəlkə belə fantaziyalarla bitirəsən?’ Bu bizim təşkil etmədiyimiz yeganə səfər idi… və nəticələrini gördük.”

Xatırladaq ki, 2024-cü ilin oktyabrında Mbappe Stokholmda istirahət edirdi. O, həm restoranda, həm də gecə klubunda görüntülənmişdi. Tezliklə hotelə edilən təcavüz şikayəti ilə bağlı araşdırma başladığı bildirildi. İttihamda, zərərçəkmiş qızın “Real”ın hücumçusu Kilian Mbappeni günahlandırdığı qeyd olunurdu.

2024-cü ilin dekabrında isə İsveç prokurorluğu sübutların olmaması səbəbindən işi bağladığını açıqlayıb.







Offside