5 dekabr 2025. Cümə

WTA 2026-cı il üçün turnir təqvimini açıqlayıb


  • Offside
  • 11:55 10.10.2025
  • Oxunma sayı: 159
WTA 2026-cı il üçün turnir təqvimini açıqlayıb

2026-cı il üçün Qadın Tennis Assosiasiyası (WTA) yarış cədvəlini təqdim edib.

90deqiqe.Az xəbər verir ki, cədvəldə 26 ölkədə 50-dən çox turnir yer alıb.

WTA 2026 mövsümü aşağıdakı yarışları əhatə edəcək:

  • 10 WTA-1000 kateqoriyalı turnir, onların 7-si 12 günlük genişlənmiş formatda keçiriləcək;

  • 17 WTA-500 kateqoriyalı turnir;

  • 22 WTA-250 kateqoriyalı turnir;

  • WTA və ATP oyunçularının iştirak etdiyi "United Cup" komandalararası turniri;

  • WTA İllik Turniri, 2026-cı ildə Səudiyyə Ərəbistanının Ər-Riyadda keçiriləcək.

2026-cı il mövsümü "United Cup" ilə başlayacaq, bu turnir 2-11 yanvar tarixlərində Avstraliyanın Perte və Sidney şəhərlərində keçiriləcək və WTA iİlik turniri ilə başa çatacaq, turnir 7-14 noyabr tarixlərində Ər-Riyada keçiriləcək. Mövsümün ilk Böyük Şlem turniri olan "Australian Open" isə 18 yanvar - 1 fevral tarixlərində təşkil olunacaq.







Offside