- Offside
- 19:12 05.12.2025
Promouter Eddi Xirn, döyüşlərdə maliyyə şəffaflığını tənzimləyən Ali qanununun dəyişdirilməsi ilə bağlı təklifləri şərh edib.
90deqiqe.Az xəbər verir ki,Xirnin sözlərinə görə, UFC, döyüşçülərə təşkilatın tədbirlərdən və yayım hüquqlarından əldə etdiyi gəlirləri açıqlamaqdan qaçır.
"UFC üçün əsas problem budur ki, Ali qanunu döyüşçülərə tədbirlərdən və televiziya yayımından əldə olunan gəlirin faizini açıqlamağı tələb edir. Hazırda UFC döyüşçüləri, tədbirə bir həftə qalmış belə, təşkilatın nə qədər gəlir əldə edəcəyini bilmir. Təsəvvür edin, əgər döyüşçüyə desələr ki: “Bu sənin turnirindir, sən 80% qazanc əldə edirsən, biz isə 20%-ni götürürük”. O halda döyüşçülərin gəliri hazırkı vəziyyətlə müqayisədə 5-7 dəfə artardı", — deyə Eddi Xirn "The Ariel Helwani Show" proqramında bildirib.