22 mart 2026. Bazar günü

Açıq Asiya Turniri: Azərbaycanın 6 cüdoçusu medal qazanıb


  • Offside
  • 20:57 11.10.2025
  • Oxunma sayı: 196
Açıq Asiya Turniri: Azərbaycanın 6 cüdoçusu medal qazanıb

Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Açıq Asiya Turniri start götürüb.

90deqiqe.Az xəbər verir ki, yarışın ilk günündə 6 cüdoçumuz medalçılar sırasında yer alıb. Tofiq Məmmədov (-66 kiloqram) və Gültac Məmmədəliyeva (-52 kiloqram) bütün rəqiblərinə qalib gələrək beynəlxalq yarışın qalibi olub. Hüseyn Allahyarov (-60 kiloqram) ilə Ülviyyə Bayramova (-57 kiloqram) gümüş medala yiyələniblər. Elşən Əsədov (-66 kiloqram) və İbrahim Əliyev (-73 kiloqram) millimizin aktivinə bürünc medal yazdırıblar.

Açıq turnirə milli komandamız 25 cüdoçu ilə qatılıb.







Offside

“Bakı Kuboku” başa çatdı
  • Offside
  • 16:42 21.03.2026
“Bakı Kuboku” başa çatdı