6 dekabr 2025. Şənbə

Pirallahıda triatlon üzrə ölkə çempionatı keçirilib


  • Offside
  • 14:11 12.10.2025
  • Oxunma sayı: 130
Pirallahıda triatlon üzrə ölkə çempionatı keçirilib

Pirallahıda yerləşən Nərəkənd parkında Gənclər və İdman Nazirliyi və Azərbaycan Triatlon Federasiyasının təşkilatçılğı ilə triatlon üzrə ölkə çempionatı keçirilib.

Azərbaycan Triatlon Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, yarışda müxtəlif yaş qruplarından olan 100-dən çox peşəkar və yeniyetmə idmançı mübarizə aparıb.

Yarışda uşaqlar super sprint məsafəsində (375 metr üzgüçülük, 8 kilometr velosiped və 2 kilometr qaçış) güclərini sınayıblar. Böyüklər isə sprint məsafəsində (750 metr üzgüçülük, 20 kilometr velosiped və 5 kilometr qaçış) çıxış ediblər.

Kişilər arasında Əli Rzazadə qalib olub. Tamerlan Musayev gümüş, Tural Atakişiyev bürünc mükafata sahib çıxıblar.

Qadınların mübarizəsində isə Leyla Abduləzizova 1-ci, Klara Maresçova 2-ci yeri tutub.

Qaliblərə medallar və pul mükafatı verilib.







Offside