- Offside
- 23:42 21.03.2026
ABŞ-ın tennisçisi, ikiqat “Böyük Dəbilqə” qalibi və hazırda dünya reytinqində üçüncü yerdə qərarlaşan Kori Qauff Çin’in Uxan şəhərində keçirilən WTA-1000 turnirinin çempionu olub.
90deqiqe.Az xəbər verir ki, final görüşündə amerikalı tennisçi həmyerlisi, reytinqdə altıncı pillədə olan Cessika Pegulaya 6:4, 7:5 hesabı ilə qalib gəlib.
1 saat 44 dəqiqə davam edən qarşılaşma ərzində Qauff 4 “eyss” zərbəsi vurub, 8 ikili səhvə yol verib və 8 “breyk-point”dən 6-nı reallaşdırıb. Pegulanın aktivində isə 0 “eyss”, 2 ikili səhv və 9 “breyk-point”dən 4-ü var.
Bu qələbə 21 yaşlı Kori Qauffun karyerasında 11-ci titul, 2025-ci ildə isə “Roland Garros”dan sonra qazandığı ikinci turnir qalibiyyətidir.