21 mart 2026. Şənbə

Yumruğum Həbibə dəysə, hər şey bitəcək - braziliyalı döyüşçü


  • Offside
  • 13:02 12.09.2019
  • Oxunma sayı: 743
Yumruğum Həbibə dəysə, hər şey bitəcək - braziliyalı döyüşçü

Yüngül və yarımyüngül çəki dərəcələrində “Bellator” çempionu, braziliyalı döyüşçü Patrisiu Freyri Rusiyanın UFC döyüşçüsü Həbib Nurməhəmmədov haqda danışıb.

Corner.az-ın xarici KİV-lərə istinadən xəbərinə görə, o, Həbibin çox güclü olduğunu deyib: "Onun döyüşdə və samboda fenomenal bacarıqları var. Amma Həbibin zəif yeri – ayaqlarıdır. Mən onu tuta bilərdim. Mümkünsüz heç nə yoxdur. Düşünürəm, Həbibə qalib gəlməyin yolu var. Əgər mənim yumruğum Həbibə dəysə, hər şey bitəcək”.

Qeyd edək ki, Rusiya döyüşçüsü Həbib Nurməhəmmədov sonuncu görüşündə 3-cü raundda boğucu fənddən istifadə edərək, amerikalı Dastin Puaryeyə qalib gəlib. Nurməhəmmədov karyerası ərzində 28 döyüş keçirib və bir dəfə də məğlub olmayıb.(qol)







Offside