22 mart 2026. Bazar günü

Azərbaycanın qadın FIFA referisi seçmə mərhələnin 3 oyununa təyinat alıb


  • Offside
  • 16:20 13.10.2025
  • Oxunma sayı: 177
Azərbaycanın qadın FIFA referisi seçmə mərhələnin 3 oyununa təyinat alıb

FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan yeni təyinat alıb.

AFFA-dan 90deqiqe.Az -a verilən məlumata görə, o, 17 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin B qrupu çərçivəsində keçiriləcək 3 oyunda fəaliyyət göstərəcək.

F.Lütfəliyeva oktyabrın 17-də Yunanıstan – Albaniya, 23-də Albaniya – İsrail matçlarının baş hakimi, oktyabrın 20-də Estoniya – Albaniya görüşünün ehtiyat hakimi olacaq. Digər referimiz Sevda Nuriyeva isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oyunlar Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.







Offside

“Bakı Kuboku” başa çatdı
  • Offside
  • 16:42 21.03.2026
“Bakı Kuboku” başa çatdı