8 noyabr 2025. Şənbə

Azərbaycan cüdoçuları Perudakı Qran-prini 7 medalla başa vurublar


  • Offside
  • 08:50 14.10.2025
  • Oxunma sayı: 95
Azərbaycan cüdoçuları Perudakı Qran-prini 7 medalla başa vurublar

Azərbaycan cüdoçuları Perunun paytaxtı Limada keçirilmiş Qran-prini 7 medalla başa vurublar.

90deqiqe.Azn məlumatına görə, sonuncu yarış günündə Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) mükafatçılar sırasına düşə bilib.

Onlar müvafiq olaraq gümüş və bürünc medal qazanıblar.

Qeyd edək ki, daha əvvəl Əhməd Yusifov (60 kq) gümüş, Könül Əliyeva (48 kq), Ruslan Paşayev, Rəşad Yelkiyev (hər ikisi 66 kq) və Ömər Rəcəbli bürünc mükafata sahib çıxıblar.







Offside