22 mart 2026. Bazar günü

Azərbaycan kikboksinqçiləri Dünya Kubokunda uğurla çıxış ediblər


  • Offside
  • 19:51 15.10.2025
  • Oxunma sayı: 215
Azərbaycan kikboksinqçiləri Dünya Kubokunda uğurla çıxış ediblər

Azərbaycan kikboksinqçiləri Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Dünya Kubokunda uğurla çıxış ediblər.

90deqiqe.Az-ın məlumatına görə, təmsilçilərimizdən Allahverdi Dəmirov (K1, 51 kq), Elvin Məmmədov (LK, 57 kq), Məhəmməd İmanov (K1, 60 kq), Qəşəm Məmmədov (LK, 81 kq), Rafiq Babazadə (K1, 57 kq), Əli Mayılzadə (LK, 57 kq), Əli Əkbər (K1, +81 kq), Elmuraz Musayev (LC, 74 kq) qızıl medala sahib çıxıblar.

Rüfət Əhmədzadə (LK, 63,5 kq), Mirzəcan Əliyev (LK, 60 kq), Rəvan Yaralıyev (LK, 81 kq), Elnar Hacıyev (LK, 51 kq), Aylin Hüseynzadə (KL, 42 kq), Aylin Hüseynzadə (LC, 42 kq), Əli Cabbarzadə (LC, 57 kq), Elmir Mirzəliyev (KL, 69 kq), Seymur Quliyev (KL, 42 kq) gümüş medalla kifayətləniblər.

Fərhad Tağızadə (FC, 51 kq), Həbib Əkbərov (LK, 86 kq), Kənan Məmmədli (LK, 67 kq), Elmir Mirzəliyev (LC, 69 kq), Ramiz Məmmədov (FC, 57 kq), Əli Qarayev (LC, 69 kq), Allahverdi Hacıyev (LK, 81 kq), İbrahim Quliyev (FC, 81 kq) və Qurban Vəliyev (LK, 67 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.







Offside

“Bakı Kuboku” başa çatdı
  • Offside
  • 16:42 21.03.2026
“Bakı Kuboku” başa çatdı