- Offside
- 23:30 04.12.2025
Keçən ilin dekabrında Maykl Antonio avtomobil qəzasına düşüb.
90deqiqe.Az-ın məlumatına görə, hadisə zamanı maşın o qədər zədələnmişdi ki, xilasedicilər onu içəridən çıxarmaq üçün bir saat vaxt sərf etmişdi. Antonio çoxsaylı xəsarətlər almışdı.
Təxminən bir il sonra futbolçu tam bərpa olunub və doğma Yamaykada meydana qayıdıb. Onun "Vest Hem" ilə müqaviləsi iyun ayında başa çatıb.
Antonio isə avtomobilini bərpa etmək əvəzinə "Ebay" platformasında 45 min funt sterlinqə satışa çıxarıb. Maşın ciddi zədələrə baxmayaraq kommersiya dəyərinə malikdir və ehtiyat hissələri üçün istifadə oluna bilər.