- Offside
- 23:30 04.12.2025
"Real"ın hücumçusu Vinisius Junior iyul ayında Rio-de-Janeyroda doğum günü münasibətilə təxminən 500 nəfərin iştirak etdiyi böyük bir parti təşkil edib.
90deqiqe.Az “Globo”ya istinadən xəbər verir ki, parti səs-küylü olub və qonşular narazı qalıb. Polis hadisə yerinə çağırılıb və səslərin azaldılmasını tələb edib. Tədbir iştirakçıları tələblərə əməl etsələr də, polis getdikdən sonra səs səviyyəsi əvvəlki vəziyyətinə qayıdıb.
İş məhkəməyə göndərilib, ön dinləmə 6 noyabrda keçiriləcək. Vinisiusa 15-90 gün həbs və ya cərimə təhdidi var.