5 dekabr 2025. Cümə

“Qəzzada futbolu bərpa etməyə hazırıq”


  • Offside
  • 23:58 15.10.2025
  • Oxunma sayı: 152
“Qəzzada futbolu bərpa etməyə hazırıq”

FIFA prezidenti Canni İnfantino Yaxın Şərqdə sülh təşəbbüsünə cavab olaraq Qəzza sektorunda futbol sahələri və əlaqədar infrastrukturu bərpa etmək niyyətində olduqlarını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, "Reuters" funksionerin dediklərini belə çatdırıb.

“FIFA üçün orada olmaq və dəstək göstərmək önəmlidir. Bizim məqsədimiz insanları birləşdirmək və ümid verməkdir. Buna görə də, Qəzzada futbolu Fələstin Futbol Federasiyası ilə birgə canlandırmağa hazırıq”

Qeyd edək ki, Canni İnfantino 2016-cı ildən FIFA-nın prezidenti olaraq fəaliyyət göstərir.







Offside