22 mart 2026. Bazar günü

Milli Paralimpiya Komitəsi Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlığı gücləndirir


  • Offside
  • 14:50 16.10.2025
  • Oxunma sayı: 161
Milli Paralimpiya Komitəsi Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlığı gücləndirir

Milli Paralimpiya Komitəsi (MPK) və Azərbaycan Cüdo Federasiyasının (ACF) rəhbərlikləri arasında görüş keçirilib.

MPK-dan 90deqiqe.Az-a bildirilib ki, görüş zamanı MPK və ACF arasında əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və bunun nəticəsi olaraq ölkəmizdə yeni paracüdoçu nəslinin formalaşdırılması istiqamətində atıla biləcək addımlar müzakirə edilib.

ACF-nin illik yarış təqvimində federasiya ilə komitə tərəfindən əvvəlcədən müəyyənləşdiriləcək paytaxt və regional turnirlərdə paracüdo yarışlarının keçirilməsi, paracüdoçuların ACF-nin infrastrukturundan istifadəsi, məşqçilərin təcrübə mübadiləsi və paracüdonun təbliği istiqamətində hər iki qurumun birgə həyata keçirə biləcəyi planlar üzrə fikir mübadiləsi aparılıb.







Offside

“Bakı Kuboku” başa çatdı
  • Offside
  • 16:42 21.03.2026
“Bakı Kuboku” başa çatdı