- Offside
- 23:30 04.12.2025
Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət millisi dünya çempionatına son hazırlıq mərhələsini tamamlayıb.
90deqiqe.Az Azərbaycan Taekvondo Federasiyasının (ATF) mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma üzvləri oktyabrın 7-dən 17-dək Qubada təlim-məşq toplanışında iştirak edib.
Böyüklərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında keçirilən toplanış oktyabrın 24–30-u aralığında Çinin Uşi şəhərində təşkil olunacaq dünya çempionatına hazırlığın son mərhələsini təşkil edib.
Qeyd edək ki, mundialda Azərbaycanı 9 idmançı (7 kişi və 2 qadın) təmsil edəcək.