- Offside
- 23:30 04.12.2025
Dünyanın bir nömrəli tennisçisi, ispaniyalı Karlos Alkaras Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçirilən “Six Kings Slam” turnirinin finalına vəsiqə qazanıb.
90deqiqe.Az xəbər verir ki, yarımfinalda Alkaras amerikalı Teylor Fritsi 6:4, 6:2 hesabı ilə məğlub edib. Görüş 1 saat 10 dəqiqə davam edib.
Friz isə üç eys həyata keçirib, üç ikiqat səhvə yol verib və qazandığı iki breyk-bol fürsətini reallaşdıra bilməyib.
Alkaras finalda serbiyalı Novak Cokoviçlə italiyalı Yannnik Sinner arasında keçiriləcək görüşün qalibi ilə qarşılaşacaq.