5 dekabr 2025. Cümə

Azərbaycanın amputant millisi Millətlər Liqasına qələbə ilə başlayıb - FOTOLAR


  • Offside
  • 14:25 17.10.2025
  • Oxunma sayı: 213
Azərbaycanın amputant millisi Millətlər Liqasına qələbə ilə başlayıb - FOTOLAR

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsi ilə mübarizə və minadan zərərçəkənlərin cəmiyyətə inteqrasiyası istiqamətində mühüm addımlar atır. Bu məqsədlə Agentlik Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə əməkdaşlıq edərək amputant futbolunun inkişafını dəstəkləyir. 

90deqiqe.Az saytı xəbər verir ki, bu gün saat 13:00 da start götürən və üç gün davam edəcək turnirdə 5 komanda – Azərbaycan, Belçika, İsrail, Ukrayna və Niderland milliləri mübarizə aparacaqlar.

Azərbaycan – Belçika oyunu komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Növbəti oyunların cədvəli isə aşağıdakı kimidir:

15:00. İsrail – Ukrayna

17:00. Niderland – Belçika

18 oktyabr

11:00. Ukrayna – Niderland

13:00. Azərbaycan – İsrail

15:00. Ukrayna – Belçika

17:00. İsrail – Niderland

19 oktyabr

11:00. Azərbaycan – Niderland

15:00. Belçika – İsrail

17:00. Azərbaycan - Ukrayna

Qeyd edək ki, turnirin bütün oyunları "Bayıl Arena"da keçiriləcək.

Fəxriyyə Adil

90deqiqe.Az







Offside